2022/23 mövsümünə hazırlığın 2-ci mərhələsi üçün Türkiyəyə yollanan "Sumqayıt"ın təlim məşq planında dəyişiklik olub.

 Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, meydançaların yaxşı vəziyyətdə olmaması ilə əlaqədar "kimyaçılar" toplanışını Boluda deyil, Ankaranın Qızılcahamam bölgəsində keçirəcək.

Adıçəkilən bölgədə "Çam' hotelində məskunlaşan Aleksey Baqanın komandası plana əsasən bu günü iki məşqlə başa vuracaq.