Yeni mövsüm üçün hazırlığını davam etdirən "Turan Tovuz" klubu bu gün ilk yoxlama matçına çıxacaq.

 Offsideplus.az xəbər verir ki, Qərb təmsilçisi "Şamaxı" klubu ilə qarşılaşacaq. Şamaxı şəhər stadionunda baş tutacaq oyun saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Ayxan Abbasovun komandası yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək.