"Sabah" klubu futbolçusu Lukas Rangellə iş birliyinə son verib.

 Offsideplus.az xəbər verir ki, 2021/2022 mövsümün 2-ci yarısından Masazır təmsilçisində icarə əsasında çıxış edən braziliyalı hücumçunun sona çatan sözləşməsi yenilənməyib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Lukas müqavilə ilə Ukrayna "Vorskla"sına məxsusdu.