"Sabah" futbolçusu Mixeili Erqemlidze ilə yollarını ayırıb. 

 Offsideplus.az xəbər verir ki, 22 yaşlı hücumçuyla sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Mixeili 2021-ci ilin avqustundan Masazır təmsilçisində çıxış edirdi. O, komanda ilə 12 oyunda meydana çıxıb.