"Səbail" klubun akademiyasının yetirməsi olan Sadiq Məmmədzadə ilə peşəkar müqavilə bağlayıb.

Offsideplus.az "dənizçilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, 17 yaşlı qapıçı klubla 3 illik sözləşmə imzalayıb.

"Səbail" yay fasiləsində Cabir Əmirli, Tural Bayramlı, Adil Nağıyev, Ədilxan Qarəhmədov, Ruslan Hacıyev, Turan Manafov, Hüseynəli Quliyev və Rahid Əmirquliyevlə də müqaviləni uzadıb.