"Şamaxı" klubunun legioner həyatı yaşamış azərbaycanlı futbolçunu transfer etmək istədiyi barədə məlumatlar yayılıb.

Belə ki, bölgə təmsilçisi son olaraq Makedoniyanın "Renova" klubunda çıxış etmiş Nazim Məmmədzadəni sıralarına qatmaq niyyətindədir.

21 yaşlı müdafiəçinin həqiqətən də şamaxılıların gündəmində olub-olmadığını soruşmaq üçün klubun mətbuat katibi Səbuhi Məmmədovla əlaqə saxladıq. O, Offsideplus.az-a açıqlamasında hazırda bu barədə informasiya verə bilməyəcəyini dedi. Məmmədov, "Şamaxı"nın yeni rəhbərliyinin elan olunmasından sonra transferlərlə bağlı danışa biləcəyini söylədi.

Bildirək ki, Nazim Məmmədzadə "Renova"dan əvvəl "Neftçi" və "Sumqayıt" klublarında da top qovub.

Daşqın Əziz