Xəbər verdiyimiz kimi, Vüsal İsgəndərli "Sumqayıt"la müqavilə bağlayıb.

Məsələ ilə bağlı 26 yaşlı yarımmüdafiəçinin özü ilə əlaqə saxladıq.

İsgəndərli Offsideplus.az-a açıqlamasında "Sumqayıt"a keçidi və digər klublardan aldığı təkliflər haqda danışdı: 

"Türkiyədən qayıtdıqdan sonra formamı qorumaq üçün "Sumqayıt" klubu mənə komanda ilə birgə məşq etməyə şərait yaratdı. Komandanın rəhbərliyinə buna görə təşəkkür edirəm. Türkiyədən və digər ölkələrdən təkliflər var idi. Maddi səbəbdən xaricə yollanmağım alınmadı. Türkiyədən "Sakaryaspor" və "Boluspor"la danışıqlarım olmuşdu. Hətta Bolu təmsilçisi ilə razılıq əldə olunmuşdu, sadəcə, son şərtlərdə anlaşa bilmədik. Daha sonra "Sumqayıt"dan təklif gəldi və mən də qəbul etdim".

Cavid Əliyev