“Qarabağ” klubunun braziliyalı futbolçusu Kadi Borgesə İsrail klubundan təklif gəlib.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi “Hapoel”(Beer-Şeva) klubunun maraq dairəsindədir.

“Hapoel” hücum xəttini gücləndirmək üçün bir neçə futbolçu ilə danışıq aparır ki, klubun transfer siyahısında yer alan futbolçulardan biri də Borgesdir. “Hapoel” rəhbərliyinin 26 yaşlı hücumameylli futbolçu üçün “Qarabağ”la danışıq apardığı da deyilir. İsrail mətbuatında yer alan xəbərlərə görə, "Hapoel” Kadi üçün 400 min avroluq təklif göndərib.

Qeyd edək ki, Kadinin “Qarabağ”la müqaviləsinin müddəti 2023-cü ilin yayında bitir.