Çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının Avroliqa-2022 turnirinin təsnifat mərhələsindəki oyunlarının təqvimi məlum olub.

Offsideplus.az xəbər verir ki, A Divizionunda yer alan yığma komanda ilk oyununu iyulun 1-də İtaliyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq. 

İyulun 2-dəki rəqib Almaniya millisi olacaq. Bu matçın başlama saatı 15:30-dur. Milli komanda 3-cü oyununda isə İspaniyanı sınağa çəkəcək. İyulun 3-də keçiriləcək qarşılaşma da saat 15:30-da start götürəcək. 

Təsnifat mərhələsinin oyunları Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq. Qrupda ilk 2 yerin sahibi yarımfinala adlayacaq.