Xəbər verdiyimiz kimi, "Qəbələ"nin futbolçusu Yaovi Akakpo əməliyyat olunub.

 23 yaşlı hücumçunun nə vaxt yaşıl meydanlara qayıdacağını öyrənmək üçün "qırmızı-qaralar"ın mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Hələ ki, bu barədə nəsə demək olmur. Bu, əməliyyatdan sonrakı bərpa prosesindən asılı olacaq".

Cavid Əliyev