“Neftçi” klubu yeni mövsümə hazırlığı davam etdirir.

Offsideplus.az xəbər verir ki, “ağ-qaralar” bu gün yeni baş məşqçi Laurentsiu Reqekampfın rəhbərliyi altında ilk məşqə çıxıb.

“Neftçi TV” vasitəsilə canlı yayımlanan və “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, komandanın tam heyətlə olmadığı məşqdə yeni köməkçi məşqçi Viorel Dinu və fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu da iştirak ediblər.