"Azərbaycanın ən böyük klubuna gəldiyim üçün xoşbəxtəm. Hansı komandaya gəldiyimin fərqindəyəm. "Qarabağ" son illər ardıcıl çempionluqlar qazanıb. Hədəfim burada komandayla birlikdə mükafatlar qazanmaqdır. Məndən gözləntilərin çox olduğunu bilirəm. Bu da mənim burada məsuliyyətimin artması deməkdir". 

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Abdullah Zubir deyib.

 O, "Qarabağ" baxımlı futbol oynamağı sevdiyini vurğulayıb: "Bu komanda üçün ən yaxşısını etməyə çalışacam. Azarkeşlərimizin də ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Bu komandayla titullar, avrokuboklarda da uğurlar qazanmağa gəlmişəm".

Qeyd edək ki, "Qarabağ" A.Zubirlə 2 illik müqavilə imzalayıb.