"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

 Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Tural Axundovla ilə bir illik müqavilə imzalanıb.

Axundov 2015-2017-ci illərdə də "sarı-göylər"in şərəfini qoruyub. İki mövsüm komandanı kapitan kimi meydana çıxarıb.