Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilir.

Offsideplus.az xəbər verir ki, tədbirdə komitənin ötən gün təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycan yığmasının cüdoçusu Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş mükafat təqdim edilib.

​Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidi.