Azərbaycan millisinin üzvü Rəhim Sadıxov "Zirə"yə keçidi haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o, "qartallar"ın mətbuat xidmətinə açıqlamasında bunları deyib: "Zirə" ilə müqavilə bağladığıma gör şadam. Qarşıda bizi çox məsul oyunlar gözləyir. Əlimdən gələni edəcəm ki, həm özüm, həm də komandamız uğur qazansın və daha yaxşı nəticələr əldə edək".

Qeyd edək ki, Rəhim Sadıxov bu gün "Zirə" ilə 2 illik müqavilə imzalayıb.