"Qarabağ" klubu futbolçusu Riçard Almeyda ilə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi daha bir il Ağdam klubunda çıxış edəcək.

Qeyd edək ki, milliləşdirilərək yığmamıza cəlb olunan 33 yaşlı futbolçu 2011-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, 2021-ci ildə yenidən Ağdam klubuna qayıdıb.