UEFA Millətlər Liqası turniri çərçivəsində iyunun 13-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belarus matçını ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Offsideplus.az sizə “Dalğa Arena”da təşkil olunacaq tədbirlərin proqramını təqdim edir:

12 iyun
Belarus milli komandası
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 20:00. Mətbuat konfransı
Saat 20:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq