"Neftçi" klubunda yeni baş məşqçi vəzifəsinə namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, namizədlər ukraynalı Yuri Vernidub və rusiyalı Viktor Qonçarenkodur. Yeni baş məşqçi ilə bağlı yekun qərar iyunun 14-dək veriləcək.

Qeyd edək ki, "Neftçi" bu gün baş məşqçisi Samir Abasovla yolları ayırıb.