Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın düşərgəsində xoş sürpriz baş verib.

Offsideplus.az xəbər verir ki, omandadan ayrılan İbrahim Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyətiylə görüşüb. Şehiç bu haqda öz fikirlərini klubun rəsmi saytına bildirib:

"Qarabağ"  mənim ailəmdi, çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxlarıyla görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bilirdim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəm, ürəyim bu komandayla döyünəcək".