UEFA-nın qapıçı məşqçiləri üçün təşkil etdiyi A kateqoriya kursları başa çatıb. 

Offsideplus.az xəbər verir ki, kurslara qatılan 12 məşqçidən 9-u kateqoriya ala bilməyib.

Yalnız 3 məşqçi - Elxan Həsənov, Vitali Kovalyov və Kamil Qafarov kursu müvəffəqiyyətlə başa vurub.

Maraqlısı odur ki, imtahandan kəsilən qapıçı məşqçiləri aşağı yaş qrupları üzrə milli komandalarda və Premyer Liqada çalışanlardı. Həmin məşqçiləri sizə təqdim edirik:

Üzeyir İbrahimov (Azərbaycan U-19) , Rauf Mehdiyev (Azərbaycan U-17 ), Emil Babayev ("Sumqayıt" əsas komanda ) , Etibar Tarıverdiyev ("Neftçi" əsas komanda) , Nadir Şükürov  ( "Kəpəz" əsas komanda ) , Elşad Tahirov ( "Qarabağ" U-19 ) Ramiz Əhmədov ("Neftçi" U-16) , Ruslan Quliyev (Azərbaycan U-19 (Qızlar)) , Ruslan Əliyev (Azərbaycan U-17 (Qızlar)) .

Əldə etdiyimiz məlumata görə, kateqoriya ala bilməyən məşqçilərin çox olması nəzərə alınaraq avqust ayında onlara növbəti şansın verilməsi qərara alınıb. (sportlife.az)