“Səbail” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Cabir Əmirlini də saxlamağa qərar verib. 25 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. 

“Səbail”də daha öncə Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov və Tural Bayramlının müqaviləsi yenilənmişdi.