Bakıda təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və Qəbələdə hazırlıq keçən U-19 milli komandamızın müvafiq olaraq Özbəkistanın və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub:

5 iyun

19:00. Azərbaycan U-20 – Özbəkistan U-20
Bakı Olimpiya Stadionu, ehtiyat meydançası
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

7 iyun

17:00. Azərbaycan U-19 – Qazaxıstan U-19
Qəbələ şəhər stadionu
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rəhman İmam, Tural Qurbanov

19:00. Azərbaycan U-20 – Özbəkistan U-20
Bakı Olimpiya Stadionu, ehtiyat meydançası
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Əli Əliyev

10 iyun

12:00. Azərbaycan U-19 – Qazaxıstan U-19
Qəbələ şəhər stadionu
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov