"Zirə" klubundan ayrılan Ağabala Ramazanovun karyerasını yenidən "Səbail"də davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, transferin bugünlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, A.Ramazanovun qardaşı Zaur Ramazanov "Səbail"in yeni baş məşqçisi Mahmud Qurbanovun köməkçisidir.

Xatırladaq ki, A.Ramazanov 2018/2019 mövsümündə də "Səbail"də oynayıb.