"Səbail" klubu futbolçusu Cavid Tağıyevlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müddəti bitən müqavilə yenilənməyib.

Qeyd edək ki, Tağıyev "Səbail"lə ötən mövsüm 25 oyuna çıxıb.