"Zirə" klubu Ağabala Ramazanovla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "qartallar"ın rəsmi saytı məlumat yayıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Zirə" PFK kluba göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.