Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb. Ümid Səlimovun dubl etdiyi oyunda komandamızın digər qolunu Şahin İbrahimov vurub. İki qolun ötürməsini isə Ramin Əvəzov verib.

Bu komandalar arasında növbəti oyun mayın 27-də keçiriləcək.