Xəbər verdiyimiz kimi, Aftandil Hacıyev "Səbail" klubunun baş məşqçi postunu tərk edib.

 "Dənizçilər"in yaydığı rəsmi məlumatda 40 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyi bildirilib. Maraqlısı budur ki, Hacıyevlə 10 gün əvvəl yeni sözləşmə imzalanmışdı. Belə bir qərarın verilməsi futbol ictimaiyyətində çaşqınlıq yaradıb.

Lakin çalışdırıcının işsiz qalma müddəti qısa çəkəcək.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, Aftandil Hacıyev "Neftçi" ilə anlaşıb.  Belə ki, "ağ qaralar" bir neçə gün əvvəl ona baş məşqçi postunu təklif edib. Şərtlərə qane olan Hacıyev məhz bu səbəbdən "Səbail"i tərk edib. O, hətta "Neftçi"nin bazasında da olub.

Yerli mətbuatda hazırkı baş məşqçisi Samir Abasovla yollarını ayıracağı barədə xəbərlər dolaşan "Neftçi" onun yerinə Aftandil Hacıyevi gətirəcək.