Ötən mövsüm qış fasiləsində Çexiyanın "Mlada" klubundan ayrılaraq Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" ilə müqavilə imzalayan Kamran Ağayev karyerasına Azərbaycanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, Ağayev "Keşlə" ilə müqavilə müddətini uzadıb. Millimizin üzvü ölkə kənarından bir neçə təklif alsa da, bundan imtina edib. Ötən mövsüm bir neçə oyunu zədə səbəbindən buraxan əlcək sahibi ideal formada olmadığı üçün risk etmək istəməyib.

Qeyd edək ki, 32 yaşlı qapıçı ölkə xaricində "Kayserispor", "Karşıyaka", "Boavişta" və "Mlada" klublarında çıxış edib. (sportal.az)