"Səbail" klubu baş məşqçisi Aftandil Hacıyevlə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, bu barədə "dənizçilər"in rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək sözləşmə imzalanıb.

Qeyd edək ki, A.Hacıyev 2018-ci ildən "dənizçilər"i çalışdırır.