"Bizim üçün rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq".

Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

41 yaşlı mütəxəssis oyuna yaxşı başlamadıqlarını bildirib: "Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra İkinci yarıda daha çox hücuma atılıb, risk almağa başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var: "Bu amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, nizam-intizamı itirmədilər".

Hacıyev sonda zədədən əziyyət çəkən qapıçı Rəşad Əzizlinin durumuna da toxunub: "Müalicəsi davam edir. 2 gün sonra fərdi məşqlərə başlayacaq".(report.az)