"Səbail" klubunun qapıçısı Rəşad Əzizli zədələnib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı qolkiper Şamaxıda eyniadlı komandaya qarşı keçirilən Azərbaycan Premyer Liqasının 25-ci tur oyunu (0:0) zamanı xəsarət alıb.

19-cu dəqiqədə dizindən zədələnən Əzizli meydanda qalmağa çalışsa da, oyunu davam etdirə bilməyib. O, 35-ci dəqiqədə Hüseynəli Quliyevlə əvəzlənib.