"Qarabağ" klubunun futbolçusu Riçard Almeyda özünə yeni klub axtarır.

Offsideplus.az xəbər verir ki, yayda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatacaq yarımmüdafiəçi hələ də klubdan yeni təklif almamasına görə narahatdır. 33 yaşlı braziliyalı menecerlərindən ona yeni komanda tapmalarını istəyib.

Almeyda cari mövsüm "Qarabağ"da 19 oyunda meydana çıxıb.(sportlife.az)