AFFA-nın baş katibi Elxan Məmmədovun mövsümün əvvəlində demişdi ki, "Region Liqası"nın qalibi gələn mövsümdən I Divizionda çıxış edəcək.

Offsideplus.az xəbər verir ki, baş katib və təmsil etdiyi qurum verdiyi vədə əməl etmək istəmir.

Belə ki, Məmmədov hələ də sözügedən turnirin qalibi olan Sumqayıtın "Uğur" komandasının nümayəndələri ilə görüşdən qaçır. Bundan başqa, onlara çatacaq 10 min manat da hələlik ödənməyib. Görünən budur ki, federasiya sözdə bir, əməldə başqa iş tutur.