Futbol üzrə Azərbaycan birinci divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, “Qaradağ Lökbatan” 22-ci turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı təmsilçisi öz "evdə" “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.

Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib. Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.