Ağabala Ramazanov Premyer Liqada 200-cü oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, hücumçunun yubileyi “Zirə”nin “Səbail”lə ev matçına (2:1) təsadüf edib. 23-cü turun qarşılaşmasına qədər 199 oyunun iştirakçısı olan forvard start heyətində meydana çıxıb. O, bu görüşlərdə 37 qola imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2020-ci ilin əvvəlindən “Zirə” forması geyinən Ağabala "qartallar"ın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.