Dünən "Şamaxı"nın baş məşqçisi vəzifəsindən istefa verən Sənan Qurbanov peşəkar karyerasında ən pis nəticə ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Onun komandası ötən gün "Qarabağ"a 0:8 hesabı ilə uduzub. Nəticədə indiyədək “Qəbələ” və “Şamaxı”da baş məşqçi işləyən Sənan Qurbanov karyerasının ən ağır yenilgisini alıb.