Veteran futbolçu Kamal Quliyev Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin İtaliya mətbuatına müsahibəsində yığma üzvlərini qorxaq və xaraktersiz adlandırmasına münasibət bildirib.

O, Offsideplus.az-a açıqlamasında bunları deyib: "Canni de Byazinin qorxaqlığı futbolçulara da keçib. Məşqçidəki situasiyalar oyunçularda özünü göstərir. Buna görə də rəhbərlik necədirsə, futbolçu da elə olacaq. Mən yalnız bunları deyə bilərəm".

Cavid Əliyev