Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 2:2 hesablı heç-heçə lə başa çatıb.

Fasiləyə məğlub yollanan qonaqkar 51-ci dəqiqədə Əşrəf Ələkbərli və 60-cı dəqiqədə Dinamin Bağırovla hesabda irəli çıxıb. Rəqib komanda 62-ci dəqiqədə penaltidən yararlana bilməyib. Qapıçı Sadiq Məmmədzadə penaltini dəf edib.

Bu komandalar arasında növbəti oyun martın 28-də keçiriləcək.