21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Estoniya yığması ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən görüşdə Azərbaycan yığması 3:0 hesabıyla qalib gəlib.

25 mart

Avro-2023-ün seçmə mərhələsi

19:00. Azərbaycan - Estoniya 3:0

Qol: Musa Qurbanlı, 44, 66, Abdullah Xaybulayev, 88

Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. "Kapital Bank Arena".