Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan milli 1:2 hesabı ilə məğlub olub. Azərbaycan seçməsinin yeganə qolunu Nəriman Axundzadə vurub.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.