Bu gün "Turan Tovuz" klubunun Müşahidə Şurasının iclası baş tutub.

Offsideplus.az tovuzluların mətbuat xidmətinə istinadən xəbər verir ki, müzakirələrdən sonra MŞ üzvü Əfqan Talıbovun baş məşqçi vəzifəsinə namizədliyi irəli sürülüb.

Onun namizədliyi dəstəklənib və əsas komandaya baş məqçi təyin olunub. Ə.Talıbovla mövsümün sonuna dək müqavilə imzalanıb. O, bu vəzifədə Rövşən Babayevi əvəzləyib.

Qeyd edək ki, birinci divizionda çıxış edən Tovuz təmsilçisi 17 xalla 13 komanda arasında 10-cü pillədə qərarlaşıb.