Bu gün Azərbaycan millisi Bakı Olimpiya Stadionunda (BOS) məşqə çıxıb.

Offsideplus.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da stadiona gələrək komanda ilə görüşüb və hazırlıq prosesini izləyib.

Xatırladaq ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda keçiriləcək.