21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də, saat 19:00-da Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək Azərbaycan – Estoniya oyununun hakimləri açıqlanıb.

 
 Offsideplus.az xəbər verir ki, matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim: David Alexander Munro
Baş hakimin köməkçiləri: Sean Carr, Douglas Potter
Dördüncü hakim: Grant İrvine