Portuqaliya millisinin və "Porto"nun futbolçusu Pepe COVİD-19-a yoluxub.

Offsideplus.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Onun əvəzinə "Lill"in müdafiəçisi Tyaqo Calon yığmaya dəvət olunub.

Bununla da Pepe Türkiyə millisi ilə keçiriləcək DÇ-2022-nin pley-off görüşünü buraxmalı olacaq.