Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 25-də Bakıda Estoniya, 29-da isə yoxlama oyununda Belarus komandası ilə qarşlaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət edilib.

Offsideplus.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə millinin hazırlıq prosesində iştirak edəcək.