"Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik, futbolçularıma təşəkkür edirəm".

Offsideplus.az xəbər verir ki, bunu "Səbail"in baş məşqisi Aftandil Hacıyev səfərdə "Sabah"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qarşılaşmanın maraqlı alındığını bildirib: "Rəqibin gücü bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmadı. İkinci yarıda daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı matçın dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq".(https://report.az)