Bu gün 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi seçmə mərhələ çərçivəsində növbəti oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, komandamız bu dəfə Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş saat 20:00-da start götürəcək.

Latviya - Azərbaycan

18 mart. Karlovac şəhəri, Mladost Arena. Saat 20:00

Hakimlər: Michael Lima De Sousa (Lüksemburq), Talgat Kosmukhambetov (Qazaxıstan), Pablo Delgado Sastre (İspaniya)

Timekeeper: Mislav Dzeko (Xorvatiya)