"Sumqayıt-2” komandası üçün Azərbaycan 1-ci divizonunun 18-cu turunda “Neftçi-2” oyun (2:3) əlamətdar olub.

Offsideplus.az "kimyaçılar"ın rəsmi saytna istinadən xəbər verir ki, bu matçda start heyətində meydana çıxan akademiyanın yetirməsi 2006-cı il təvəllüdlü Nihad Əhmədzadə 2021/2022 mövsümündə I Divizionda ən gənc futbolçu kimi tarixə düşüb. İlk dəfə 22.02.2022-ci il tarixində “Qarabağ-2” ilə qarşılaşmada debüt edən (15 yaş, 214 gün) Əhmədzadə “Neftçi-2” ilə görüşə start heyətində başlayıb və 66 dəqiqə meydanda olub.

Qeyd edək ki, cari mövsümdə “Sumqayıt” FK-nın əvəzedici komandasının heyətində yer alan futbolçulardan 15-i məhz akademiyanın yetirməsidir.