İyun ayında Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq mini-futbol üzrə Avropa Çempionatında çıxış edəcək milli komandaların yerləşdiyi səbətlər məlum olub.

Offsideplus.az xəbər verir ki, komandalar hər səbətdə 6 yığma olmaqla 4 səbətə bölünüblər.

Azərbaycan yığması Portuqaliya, Yunanıstan, Gürcüstan, Fransa və Polşa yığmalarının da olduğu dördüncü səbətdə yer alıb.