"Qarabağ"da gözlənilən ayrılıq baş tutub. 

Ağdamlıların futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb. Offsideplus.az xəbər verir ki, Cənubi Afrika Respublika millisinin üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb.

Bu səbəbdən futbolçu bu gün “Qarabağ”la birlikdə təlim-məşq toplanışı üçün Antalyaya yollanmayıb. O, CAR-ın paytaxtı Yoxannesburqdan Çinə uçacaq.

Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yanvarında transfer olunmuşdu. O, “atlılar”ın heyətində meydana çıxdığı 54 oyuna 20 qol vurub, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: yenicağ.az